AZ

Son 14 ildə AÇG yatağında neft hasilatı 2,1 dəfə azalıb


Bu ilin yanvar-sentyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından birlikdə 89 milyon barel (12 milyon ton) və ya gündə orta hesabla 327 min barel neft hasil edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi hasilat isə 4,3% və ya 4 milyon barel azalıb.
14 il əvvəllə – 2012-ci ilin ilk 9 ayının nəticəsilə müqayisədə AÇG-də hasilat 2 dəfə və ya 98,7 milyon barel azalıb.
Bu ilin ilk 9 ayında gündəlik hasilat – “Çıraq” plantformasında 21 min, “Mərkəzi Azəri”də 88 min, “Qərbi Azəri”də 75 min, “Şərqi Azəri”də 43 min, “Dərinsulu Günəşli”də 52 min, “Qərbi Çıraq”da 24 min və ACE-də 24 min barel olub.
2025-ci ilin ilk 9 ayı ərzində AÇG-də ümumilikdə 145 neft hasilat quyusu və 58 qaz və su injektor quyusu istismarda olub.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), ARDNŞ (31,65%), MOL (9,57%) (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,92%) şirkətləridir.
Son 14 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı belə olub:

Elnur Əli
Seçilən
3
2
yeniavaz.com

3Mənbələr