AZ

Paşinyan hökuməti gizli xarici əks-kəşfiyyat qurur

Ermənistan hökuməti 6 noyabr tarixində milli təhlükəsizlik sistemində ciddi struktur islahatlarına start verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli Nazirlər Kabineti təcili qaydada qanunvericiliyə dəyişiklikləri təsdiqləyərək Milli Təhlükəsizlik Xidmətində (MTX) yeni və strateji əhəmiyyətli bir qurum — xarici əks-kəşfiyyat bölməsinin yaradılmasını qərara alıb. Qanun layihəsi təcili müzakirə üçün parlamentə göndərilib.

Yeni struktur dövlət məlumat bazalarına geniş giriş hüququ əldə edəcək və Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olacaq. Bu addım, 2022-ci ildə qəbul edilmiş “Xarici kəşfiyyat fəaliyyəti haqqında” qanunun praktiki inkişafı kimi qiymətləndirilir və ölkənin kəşfiyyat sisteminin daha səmərəli və koordinasiyalı fəaliyyətinə yönəlib.

Rəsmi məlumata görə, yeni orqan MTX-nin Baş Kəşfiyyat İdarəsinin bazasında formalaşdırılacaq. Onun əsas vəzifələri sırasında xarici dövlətlərdəki diplomatik missiyaların mühafizəsi, təhlükəsizlik təhdidlərinin operativ aşkarlanması və məlumat mübadiləsinin təkmilləşdirilməsi dayanır.

Layihəyə əsasən, xarici əks-kəşfiyyat bölməsi dövlət və yerli idarəetmə orqanlarının, eləcə də müxtəlif təşkilatların informasiya sistemlərinə və məlumat bazalarına ödənişsiz və məsafədən çıxış hüququna malik olacaq. Bu, MTX-yə ölkə daxilində və xaricdə təhlükəsizlik risklərini real vaxt rejimində izləməyə imkan verəcək.

Bundan başqa, dəyişikliklər kadr siyasətinə də şamil olunur. Yeni qaydalara əsasən, artıq MTX-nin sərhəd qoşunlarına, xüsusi təyinatlı hissələrinə və yüksək ixtisas tələb edən vəzifələrə 30 yaşdan yuxarı şəxslərin də qəbuluna icazə veriləcək.

Musavat.com

Seçilən
18
2
musavat.com

3Mənbələr