AZ

ABŞ-də zavodda partlayış baş verib

ABŞ-nin Missisipi ştatında yerləşən kimya zavodunda güclü partlayış baş verib. 

News365.az xəbər verir ki, hadisənin baş verməsi nəticəsində ətrafa ammonyak sızması qeydə alınıb. 

Hadisə təhlükə yaratdığından ərazidə yaşayan sakinlər təxliyə edilib.


Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub, sızmanın miqyası və səbəbləri araşdırılır.


Seçilən
32
news365.az

1Mənbələr