AZ

AQTA dan mənşəyi məlum olmayan ət məhsulları ilə bağlı AÇIQLAMA

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır:

"Bununla bağlı AQTA tərəfindən ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlanıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb.

Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür.

Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır".

Bəs “Mənşəyi məlum olmayan ət” deyəndə hansı heyvanların əti nəzərdə tutulur? Bunlar zürafə, kenquru və dovşan ətidir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova bildirib ki, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən və üzərində rəsmi baytarlıq möhürü olmayan ət məhsulları mənşəyi məlum olmayan ət hesab olunur.

O qeyd edib ki, mənşəyi məlum olmayan ət məhsullarının qəbulu risklidir:

“Baytarlıq-sanitariya ekspertizasından keçirilməmiş, üzərinə müvafiq möhürü vurulmayan və müşayiətedici baytarlıq sənədləri olmayan ət mənşəyi məlum olmayan sayılır. 

Vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almaq tövsiyə edilir.

Həmçinin ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardan müşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etmək vacibdir”. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
34
cebheinfo.az

10Mənbələr