AZ

Metabolizmi sürətləndirməyin iki effektivYOLU

Dietoloq Yekaterina Strelnikova metabolizmi (maddələr mübadiləsini) sürətləndirməyə kömək edən iki əsas qaydanı açıqlayıb. 

Redaktor.az xəbər verir ki, o, bu barədə life.ru-ya danışıb.

Strelnikovanın sözlərinə görə, ilk növbədə orqanizm gün ərzində kifayət qədər enerji almalıdır. Bunun üçün hər bir yeməkdə mürəkkəb karbohidratlara üstünlük verilməlidir. Bu maddələr bütöv dənli bitkilərdə, paxlalılarda, eləcə də batat, çuğundur, yerkökü və kartof kimi tərəvəzlərdə mövcuddur. Həkim qeyd edib ki, bu məhsullar həm də bədəndə biokimyəvi reaksiyaların düzgün getməsi üçün vacib olan vitamin və mikroelementlərlə zəngindir.

İkinci vacib qayda isə su balansına riayət etməkdir. Strelnikova bildirib ki, su orqanizmdə bütün maddələrin daşınmasını təmin edən əsas sistemdir və onsuz normal metabolizmi saxlamaq mümkün deyil. O, xüsusilə təmiz su içməyin vacibliyini vurğulayıb: “Kofe, şirin qazlı içkilər və ya meyvə şirələri çox qəbul olunduqda, əksinə, maddələr mübadiləsini poza bilər”.

Aytəkin TOFİQQIZI

Seçilən
38
2
redaktor.az

3Mənbələr