Ermənistan və Hindistan milyardlarla dollarlıq müdafiə müqaviləsi hazırlayır.
KONKRET.az bidirir ki, “Republic Network”un məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Hindistan və Ermənistan 4 milyard dollara qədər dəyərində müdafiə müqaviləsi bağlamağa yaxındır.
Nəşrin məlumatına görə, əməkdaşlıq hava hücumundan müdafiə, raket sistemlərinin və artilleriyanın modernləşdirilməsini əhatə edəcək.
Qəzet iddia edir ki, tərəflər Ermənistanda “Akash-NG” zenit raketlərinin inteqrasiyasını və “BrahMos” səsdən sürətli raketləri üçün montaj xəttinin yaradılmasını müzakirə edir. Həmçinin Pinaka raket sistemlərinin tədarükü ilə bağlı danışıqlar aparılır.
Müşviq Tofiqoğlu
KONKRET.az