AZ

“Invest in Azerbaijan” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Fərmanı ilə “Invest in Azerbaijan” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu əsasnamə “Invest in Azerbaijan” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını və “bir pəncərə” prinsipi əsasında göstərilməsini, digər fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

Sistemin formalaşdırılmasının məqsədi investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsinin, habelə Azərbaycanda investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasının təmin edilməsindən ibarətdir. Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycanın mülkiyyətidir.

Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər İqtisadiyyat Nazirliyinin tabeliyində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) vəsaiti hesabına maliyyələşdirilir.

 

Seçilən
33
4
azertag.az

5Mənbələr