"Azərbaycan Dəmir Yolları" QSC bu ilin yanvar-oktyabr aylarında 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib.
ADY-dən Telqrfaf-a verilən məlumata görə,göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 %-lik artım deməkdir.
Hesabat dövründə 112 min 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 min 483 TEU) təxminən 18 % çoxdur.