AZ

Xüsusi nümayəndə: Aİ sülhün faydalarının bütün regionda paylaşılmasını təmin etməyə sadiqdir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda yüksək səviyyəli məsləhətləşmələr keçirib.


APA xəbər verir ki, bu barədə Maqdalena Qrono bildirib.

O qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşdə 🇦zərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

"Aİ Vaşinqtondan sonra impulsu qorumaq və sülhün faydalarının bütün bölgədə paylaşılmasını və hiss olunmasını təmin etmək üçün həm 🇦zərbaycan, həm də Ermənistan ilə işləməyə dərin sadiqdir".

Seçilən
73
apa.az

1Mənbələr