AZ

“Qalatasaray”ın qazancı açıqlandı

“Qalatasaray” Çempionlar Liqasının IV turunda səfərdə “Ayaks”ı 3:0 hesabı ilə məğlub edərək həm turnirdə mövqeyini möhkəmləndirib, həm də ciddi maliyyə qazancı əldə edib.

Msport.az xəbər verir ki, oyun xüsusilə Viktor Osimhenin het-triki ilə yadda qalıb.

Son üç qarşılaşmadan da qalib ayrılan “Qalatasaray” Çempionlar Liqasının qalibiyyət bonusları sayəsində gəlirini əhəmiyyətli dərəcədə artırıb.

Məlumata görə, “Ayaks” üzərində qələbə klubun hesabına 2,1 milyon avro (3,6 milyon AZN) əlavə edib. Beləliklə, son üç oyundan yalnız uğur bonusları ilə cəmi 6,3 milyon avro (11,6 milyon AZN) qazanılıb.

Bundan əvvəl “Qalatasaray” turnirdə iştirak etdiyi üçün 25,991 milyon avro (47,8 milyon AZN) ödənişi almışdı. Son nəticə ilə birlikdə klubun bu mövsüm Çempionlar Liqasından əldə etdiyi ümumi gəlir 32,291 milyon avro (59,4 milyon AZN) olub.

Seçilən
15
2
msport.az

3Mənbələr