AZ

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilir

Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar maarifləndirici tədbirlər keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, tədbirlərdə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkil olunmasında əsas məqsədin uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, cəmiyyətin diqqətinin uşaqların müdafiəsinə cəlb edilməsi və bu istiqamətdə ictimai fəallığın təşviqindən ibarət olduğu şagirdlərin nəzərinə çatdırılır.

Maarifləndirici tədbirlərdə şagirdlərə uşaq hüquqlarının mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumatlar verilir.

Azərbaycanda dövlət uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilir.

Bildirilir ki, ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Qeyd edək ki, təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.

Seçilən
20
3
cebheinfo.az

4Mənbələr