AZ

Mourinyo: Mən hakimi sevmirəm, o da məni

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bayer"ə məğlub olduqları matçdan (0:1) danışıb.

QOL.az "Record"a istinadən xəbər verir ki, mütəxəssis görüşün baş hakimi Simeone Sozzadan narazı qaldığını bildirib: 

“Hakim haqqında çox danışmaq istəmirəm. Mən çox etiraz etməyi sevmirəm. Amma meydanda olanlar qeyri-idman davranışlar idi... Mən adətən deyirəm ki, bir komanda həddindən artıq qeyri-idman hərəkətləri edəndə günahkar yalnız bir nəfər olur – hakim.

Məğlubiyyətə görə hamımız məsuliyyət daşıyırıq. Amma oyunda bu iyrənc səhvlərə yol verənlər isə günahkardırlar. Hakimi tanıyıram. Bilirəm ki, o, məni sevmir. Mən də onu. Amma hakimə görə uduzduğumuzu düşünmürəm. Biz qol vurmadığımız üçün məğlub olduq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
qol.az

2Mənbələr