"Real Madrid"in futbolçusu Orelyen Tçuameni zədələnib.
Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi 3 həftə meydanlardan uzaq qalacaq.
"Kral klubu"nda ondan başqa Dani Carvaxal, Franko Mastantuono, David Alaba və Antonio Rüdiger də zədəsinə görə komandasına kömək edə bilmir.
Tçuameni cari mövsüm 21 oyunda meydanda olub və fərqlənə bilməyib.