BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq, 184 milyon 518 min 83 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin oktyabr ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artaraq, 19 milyon 121 min 71 dollara çatdırıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 14 milyard 103 milyon 4 min dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 1 milyard 294 milyon 927 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 6,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 17 milyard 454 milyon 56 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.