AZ

Azərbaycanda son bir ildə 250 milyon manatlıq elektrik enerjisi itkiyə gedib


Ötən il Azərbaycanda 2 milyard 253,5 milyon kVt-saat elektrik enerjisi itkiyə gedib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumata istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə itkiyə gedən elektrik enerjisi 15,5 milyon kVt-saat artıb.
Qeyd edək ki, ötən il Azərbaycanda 21 milyard 391,8 milyon kVt-saat elektrik enerjisi istehlak edilib. Nəticədə ötən il itkiyə gedən elektrik enerjisi istehlak olunan elektrik enerjisinin 10,5%-i həcmində olub.
Məlumat üçün bildirək ki, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.
Onu da bildirək ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi ilə hesabladığımız zaman ötən il ərzində itkiyə gedən elektrik enerjisinin ümumi dəyəri 250 milyon manata bərabər olur.

Elnur Əli
Seçilən
9
2
yeniavaz.com

3Mənbələr