AZ

Ərdoğan diplomatik mövqeyi ilə Qərbin vazkeçilməz oyunçusuna çevrilib

Missiya.az saytına istinadən ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini qlobal tarazlıqlarda əvəzolunmaz oyunçuya çevirdi. Ankara həm Qəzza məsələsində, həm də Rusiya-Ukrayna müharibəsində nadir liderlik qabiliyyəti nümayiş etdirdi.

Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” yazı dərc edib.

Bildirilib ki, Ərdoğan tərəfindən qurulan strateji əlaqələr sayəsində Türkiyə həm iqtisadi, həm də diplomatik gücünü artırıb və bu, Ankaranın beynəlxalq balanslarda rolunu gücləndirib.

Mənbənin yazdığına görə, Ərdoğanın təkcə ABŞ ilə deyil, həm də Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşləri Qərbin Ankara ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Qeyd olunub ki, Ərdoğan diplomatik mövqeyi ilə Qərbin vazkeçilməz oyunçusuna çevrilib.

Qəzet həmçinin Ərdoğanın həm Rusiya-Ukrayna müharibəsi, həm də Qəzza böhranı ilə ünsiyyət qura bilən azsaylı liderlərdən biri olduğunu vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
missiya.az

2Mənbələr