AZ

ABŞ Suriyadakı hərbi varlığını gücləndirir

Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin məlumatlı mənbələrə istinadla yaydığı informasiyaya görə, ABŞ Suriyanın Dəməşq şəhərindəki hava bazasında hərbi varlığını artırmağı planlaşdırır.

Agentliyin məlumatına görə, Amerika tərəfi bazanın infrastrukturunu gücləndirməyə və personalın sayını artırmağa hazırlaşır. Mənbələr tədbirlərin ABŞ-ın bölgədəki kontingentinin "təhlükəsizliyini və əməliyyat imkanlarını artırmağa" yönəldiyini bildirirlər.

Pentaqondan və  ABŞ Prezident Administrasiyasından bu məsələ ilə bağlı hələlik rəsmi şərh verilməyib.

Hurr Tərcüman

Seçilən
39
1
hurriyyet.az

2Mənbələr