AZ

“Özünün idarə etdiyi nəsə varmı, qalıbmı, ümumiyyətlə?!” - DEPUTAT

AXCP sədri Əli Kərimli öz "virtual turne”sində bu dəfə Almaniyanın "Die Welt” saytının qonağı olub. Daha dəqiq desək: Həmin nəşrə öz sərsəm cızmaqarasını göndərib.

Ayrıca, hələ utanmadan da müsahibədəki bəzi tezisləri feysbuk statusu üzərindən paylaşıb.

Niyə utanmadan deyirəm?!

Çünki;

1)Başdan - ayağa donos xarakterlidir, hər kəsdə ikrah doğuracaq elementlərlə zəngindir və ən əsası: tam rəzalət nümunəsidir.

 

2)Dəsti - xətdən və quruluşdan açıq - aydın bəlli olur ki, məlum yazı, Kərimliyə xarici xüsusi xidmət orqanları tərəfindən verilən bəlli tezislər əsasında ərsəyə gəlib və heç şübhəsiz, bu anti – milli ünsür də bəlli abzaslara öz "ənənəvi” ştrixlərini əlavə etməyi unutmayıb.

3)Kərimli "Die Welt” nəşrini bəh - bəhlə, xüsusi təqdimatla gözə soxmağa çalışır. Hərgah, bu media qurumu Almaniyada ən az oxunan saytlardan biridir və onun ölkədəki siyasi fikrə, ictimai rəyə zərrə qədər də olsun təsir imkanıyoxdur.

4)"Die Welt” saytının manşetlərinə nəzər yetirsək görərik ki, orada ən çox görünən, üzə çıxan və təbliğ olunan isim – Frank Şvabedir. (Düşünürəm, bununla da əlavə şərhə ehtiyac qalmır.)

Və nəhayət:Qarşıdan Zəfər gününün, Qarabağdakı qələbəmizin ildönümünün gəlməsinə baxmayaraq, AXCP sədri bu mövzuya bircə dəfə də toxunmayıb, bircə dəfə də Azərbaycanın ən vacib günündən və tarixindən danışmayıb, bircə dəfə də dövlət və millət adına hansısa kəlməni dilinə gətirməyib.

Ancaq donos, qeybət, və "siyasi işverənlik..”

Vəssalam: Bildiyi, anladığı, bacardığı yalnız budur!

***

Namərd adam!

Yazın kənardan idarə olunur, feysbukun kənardan idarə olunur, maliyyən kənardan idarə olunur, saytın kənardan idarə olunur...

P.S. Sənin özünün idarə etdiyi nəsə varmı, qalıbmı, mövcuddurmu ümumiyyətlə?!

 

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
27
7news.az

1Mənbələr