Azərbaycan U-19 yığmasının heyətində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, "Ankaragücü" klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.