Bakı. Trend:
OPEK-in beynəlxalq inkişaf fondu Azərbaycandakı inkişaflayihələrinin maliyyələşdirilməsi məqsədilə qarşıdakı 3 il ərzində1 milyard ABŞ dolları həcmində vəsait ayıracaq.
Trend bu barədəFondun məlumatına istinadən xəbər verir.
Məbləğ su təchizatı və sanitariya sistemləri, nəqliyyatəlaqəliliyi və dayanıqlı şəhər inkişafı sahələrindəinvestisiyaların dəstəklənməsinə yönəldiləcək.
“OPEK Fondu Azərbaycanın ümumi prioritetləri real addımlaraçevirməsinə dəstək göstərməkdən qürur duyur. Yeni öhdəlik bizimÖlkə üzrə Tərəfdaşlıq Çərçivə proqramımıza əsaslanır və təmizenerji, su təchizatı, nəqliyyat və şəhərsalma kimi prioritetsahələrdə konkret nəticələrin əldə olunmasına yönəlib. Bu,Azərbaycanın dayanıqlı inkişaf baxışına olan inamımızı və realnəticələr verən maliyyələşdirmə və tərəfdaşlıq təmin etməkqətiyyətimizi əks etdirir”, – deyə Fondun prezidenti Əbdülhəmidəl-Xəlifə bildirib.
2025-ci ilin iyun ayında Vyanada OPEK Fondu ilə Azərbaycanhökuməti arasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milliprioritetləri” strategiyasına uyğun olaraq investisiyaların konkretistiqamətlərini müəyyən edən Ölkə üzrə Tərəfdaşlıq Çərçivə proqramı(Country Partnership Framework – CPF) imzalanıb. Proqram enerjikeçidi, su təchizatı və sanitariya, nəqliyyatın modernləşdirilməsivə şəhərlərin dayanıqlığının artırılması sahələrində birgəəməkdaşlıq prioritetlərini müəyyən edir.
OPEK Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə Azərbaycana səfəriçərçivəsində ölkə rəhbərliyi ilə görüş keçirib və İqtisadiyyatNazirliyi tərəfindən Bakıda təşkil olunan Ərəb Koordinasiya Qrupu(Arab Coordination Group – ACG) ilə Azərbaycan arasında keçiriləndəyirmi masada iştirak edib.
Bu gün OPEK Fondu nümayəndə heyətinin Səudiyyə Ərəbistanının“ACWA Power” şirkəti tərəfindən həyata keçirilən və OPEK Fondunun50 milyon ABŞ dolları məbləğində krediti ilə birgəmaliyyələşdirilən Qobustan külək parkını ziyarət etməsi gözlənilir.Bu obyekt Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri,müstəqil şəkildə həyata keçirilən investisiya layihəsi olan 240,5MVt gücündə “Xızı–Abşeron” külək enerjisi layihəsinin tərkibhissəsidir. Stansiya istismara verildikdən sonra ildə təxminən 907Qvt·saat təmiz elektrik enerjisi istehsal edəcək, 300 000-dən çoxev təsərrüfatını enerji ilə təmin edəcək və karbon emissiyalarınıildə təxminən 400 000 ton azaldacaq.
Bundan əlavə, OPEK Fondunun nümayəndə heyəti “Livable Baku”təşəbbüsünün həyata keçirilməsi üçün potensial əraziləri nəzərdənkeçirəcək. Bu proqram şəhər mühitinin dayanıqlığının artırılması vəekoloji reabilitasiyasına, ictimai məkanların abadlaşdırılmasına,çirklənmiş ərazilərin bərpasına və ümumi ekoloji dayanıqlığıngücləndirilməsinə yönəlib.
Qeyd edək ki, OPEK Fondunun Azərbaycanla tərəfdaşlığı 2003-cüildən başlayıb və kənd təsərrüfatı, energetika, infrastruktur vəözəl sektorun inkişafı sahələrində layihələrin dəstəklənməsiniəhatə edir.
OPEK Fondu – müstəsna olaraq üzv ölkələrdən toplanan vəsaithesabına OPEK-ə daxil olmayan ölkələrə maliyyə dəstəyi göstərənqlobal mandatlı yeganə beynəlxalq təşkilatdır. Qurum inkişafetməkdə olan ölkələrlə və beynəlxalq ictimaiyyətlə əməkdaşlıqedərək, aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımı və sosialtərəqqini təşviq edir.