“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen gələn yay komandanı tərk edəcək.
Sportino.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, klub rəhbərliyi 29 yaşlı danimarkalı futbolçunun tez-tez zədələnməsi səbəbindən onunla müqavilənin müddətini uzatmaq niyyətində deyil.
Belə ki, Kristensen son zədəsini əvvəlki xəsarətindən sağaldıqdan cəmi 24 saat sonra alıb. O, cari mövsümdə bütün turnirlər üzrə cəmi 9 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Futbolçunun “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirib.