AZ

Tramp nüvə sınaqlarını yenidən başlatmaq niyyətini təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp nüvə silahı sınaqlarını bərpa etmək niyyətini təsdiqlədi.

Oxuməni.az-ın məlumatına görə, çərşənbə günü “Truth Social” platformasında yerləşdirilən videoda Amerika lideri "bu proses dərhal başlayacaq" deyə bildirib.

Tramp bu addımın səbəbinin "digər ölkələrin artıq sınaq proqramları həyata keçirməsi və ABŞ-ın da eyni şeyi bərabər səviyyədə etməsi" olduğunu bildirib.

Bir həftə əvvəl Tramp oxşar bir açıqlama vermişdi və bu, beynəlxalq səviyyədə etirazlara səbəb olmuşdu, çünki ABŞ 1992-ci ildən bəri nüvə sınaqları keçirməyib.

Bu fonda Rusiya Prezidenti Vladimir Putinin Rusiya hökumətinə mümkün nüvə sınaqlarının mümkünlüyünü qiymətləndirməyi tapşırdığı bildirilib.

Almaz Həsənli

Seçilən
39
1
oxumeni.az

2Mənbələr