AZ

Maurinyo və "Benfika"ya daha bir ZƏRBƏ

UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçirilən oyunda Almaniyanın Bayer Leverkusen komandası səfərdə Portuqaliyanın Benfika klubunu məğlub edib və bu mövsümdə turnirdə ilk qələbəsini qazanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Estadio da Luz stadionunda baş tutan qarşılaşmada Leverkusen rəqibini 1:0 hesabı ilə üstələyib. Alman təmsilçisinə qələbə gətirən yeganə qolu oyunun 65-ci dəqiqəsində Patrik Şik vurub.

Bu nəticədən sonra Bayer Leverkusen xalını 5-ə yüksəldərək qrup mərhələsində 21-ci pillədə həftəni başa vurub.

Fənərbaxçanın sabiq baş məşqçisi Joze Mourinyonun rəhbərlik etdiyi Benfika isə dördüncü oyunda da xal qazana bilməyib və 35-ci yerə geriləyib.

Portuqaliya təmsilçisinin pley-off şansları xeyli azalsa da, Leverkusen qrupda irəliləmək üçün ümidlərini qoruyur.

Seçilən
22
manset.az

1Mənbələr