AZ

“Bu, iki qarpızın bir əldə yox, bir sinidə olması kimi olacaq” - “Azərreyl” prezidentinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycanın “Azərreyl” voleybol klubunun prezidenti Ramin Əzizov komandanın baş məşqçisi, fransalı mütəxəssis Boris Qrebennikovun klubdan əlavə ( “Azərreyl”in baş məşqçisidir - red ), eyni zamanda Azərbaycan kişi voleybol millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsini müsbət dəyərləndirib.

Bu barədə Ramin Əzizov İdman.Biz-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qrebennikovun iki vəzifədə olması nə klub, nə də milli komanda üçün problem yaratmayacaq:

“Düşünmürəm ki, Qrebennikovun iki vəzifəni bir yerdə icra etməsi klubumuz üçün hər hansı problem yaradacaq. Bu, dünyanın bir çox komanda idman növlərində tətbiq olunan təcrübədir. Millidə kifayət qədər “Azərreyl”in voleybolçusu var və mən əminəm ki, bu birləşmə həm klubun, həm də yığmanın xeyrinə olacaq. Bu vəziyyət iki qarpızın bir əldə yox, bir sinidə olması kimidir”, - deyə “Azərreyl”in prezidenti zarafatla qeyd edib.

Vüqar Vüqarlı

İdman.Biz

Seçilən
15
1
idman.biz

2Mənbələr