AZ

''Qalatasaray'' bu futbolçunun satışından pul qazana bilər

Müqavilə ilə ''Qalatasaray''a məxsus olan Karlos Kuestadan xəbər var. İstanbul nəhəngi özünə lazım olmayan bu futbolçunun satışından pul qazana bilər.

Türkiyə çempionu yayda bu futbolçunu ''Vasku da Qama''ya yarım mövsümlük icarəyə vermişdi. İki klub arasındakı anlaşmaya əsasən icarə müddəti bir il də artırıla bilər. Braziliya təmsilçisinin bu futbolçunu daimi əsasda transfer etmək hüququ da var.

Bu arada Braziliya mətbuatının yazdığına inansaq, ''Vasku da Qama'' rəhbərliyi Kuestadan razıdı və onu komandada saxlamaq istəyirlər. Onlar gələn il keçiriləcək dünya çempionatından öncə 26 yaşlı futbolçunun məsələsini birdəfəlik həll etmək niyyətindədilər. ''Vasku da Qama'' hazırda ''Qalatasaray''a irəli sürəcəyi rəsmi təklifin detalları üzərində çalışır.

Qeyd edək ki, ''sarı-qırmızılar'' kolumbiyalı futbolçunu ötən mövsümün qış transfer dönəmində ''Genk''dən 8 milyon avroya heyətə cəlb etmişdilər. Amma bu cür bahalı müdafiəçinin çox tez ''Qalatasaray'' səviyyəsində olmadığı üzə çıxmışdı.

Braziliyada Kuesta 8 oyuna çıxaraq 1 qol vurub.

Seçilən
55
1
football-plus.az

2Mənbələr