AZ

Musayev Premyer Liqada ən yaxşı seçildi

Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu ada “Krasnodar”ın çalışdırıcısı, “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev layiq görülüb. Onun komandası ötən ay keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb və hazırda 32 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, Musayevin rəhbərliyi altında “Krasnodar” 2024/25 mövsümünün qalibi olub.

Seçilən
44
idmanxeber.az

1Mənbələr