AZ

Venger "Liverpul"un uğursuzluğunu Virtzin tələbi ilə əlaqələndirib

Əfsanəvi fransız mütəxəssis Arsen Venger “Liverpul”un alman futbolçusu Florian Virtsin çıxışını dəyərləndirib.

90deqiqe.Az ​​​​“beIN Sports”a istinadən xəbər verir ki, “Arsenal” sabiq baş məşqçisi bildirib ki, Virtsin mərkəzə çəkilməsi komandanın oyuna mənfi təsir göstərib:

“Bütün məsələ Virtsin şərtindədir. O, mütləq “10 nömrə”də oynamaq istəyir və bu, komandanın oyun modelini dağıdıb. Soboslai indi məcburən cinahda oynayır. Mən olsaydım, keçənilki sxemə qayıdardım və Virtsi sol cinahda saxlayardım. Onu mərkəzə çəkmək – səhv qərardır.”

Cari mövsümdə 22 yaşlı Virts Premyer Liqada 10 oyuna çıxsa da, nə qol vurub, nə də asist edib.

Seçilən
31
90deqiqe.az

1Mənbələr