AZ

Estoniyada Zəfər Günü münasibətilə konsert təşkil edilib - FOTO

Estoniyada
Estoniyanın paytaxtı Tallin şəhərində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli konsert təşkil olunub. 1news.az xəbər verir ki, tədbir ölkəmizin Estoniyadakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Estoniya parlamentinin (Riigikogu) üzvləri, bu ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, ictimai xadimlər, elm adamları, Azərbaycan və tatar icmalarının nümayəndələri, həmçinin Tallin şəhərində təhsil alan gənc soydaşlarımız iştirak ediblər. Zəfər Günü münasibətilə təbrik nitqi ilə çıxış edən ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov tarixi Zəfər Gününün təməlinin 5 il bundan əvvəl qoyulduğunu, 8 Noyabr tarixinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi, ədalətin və beynəlxalq hüququn bərqərar olması günü kimi ölkəmizdə böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edildiyini bildirdi. Xüsusi olaraq qeyd edilib ki, ölkəmizin müstəqilliyi Azərbaycan xalqının ən müqəddəs nailiyyətidir. Məhz buna görə sevindirici haldır ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilən bu ildə Zəfər Gününə həsr olunmuş tədbirlər Azərbaycanın işğaldan azad edilmiş bütün suveren ərazilərində keçirilir. Tədbirin bədii hissəsində zəngin və rəngarəng musiqili proqramla çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan klassik səs və opera ifaçısı Aysun Mahmudzadə, Estoniyanın Musiqi və Teatr Akademiyasında təhsillərini davam etdirən viola ifaçısı Əli Əmişov və pianoçu Jalə İslamova tərəfindən tamaşaçılara unudulmaz musiqi axşamı bəxş olunub. Hər bir musiqi nömrəsi tamaşaçıların davamlı alqışları ilə müşayiət olunub.
Seçilən
46
1news.az

1Mənbələr