Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin uğurlu seriyası davam edir.
90deqiqe.Az xəbər verir ki, təmsilçimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini rəsmiləşdirib.
Faiq Qarayevin rəhbərlik etdiyi yığma bu dəfə Tacikistan millisi ilə üz-üzə gəlib. Görüş Azərbaycan voleybolçularının tam üstünlüyü ilə başa çatıb – 3:0 (25:5, 25:11, 25:9).
Milli komanda ilk turda da İran yığmasını 3:0 (25:11, 25:16, 26:24) hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını noyabrın 9-da Türkiyə ilə keçirəcək. İslam Həmrəyliyi Oyunlarına isə noyabrın 21-də yekun vurulacaq.