Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat brifinqində sensasiyalı açıqlama verib. O, bildirib ki, bütün ermənilərin katalikosu II Qareginin qardaşı – Yepiskop Ezras Nersisyan hələ Sovet İttifaqı dövründə KQB tərəfindən ələ alınıb.Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.“Sovet dövründən bəri o (Katalikosun qardaşı Ezras Nersisyan) KQB tərəfindən ələ alınıb, bu, faktdır. Üstəlik, bu faktlarla bağlı nə Ktriç Nersisyandan (II Qaregin), nə də onun qardaşından hansısa izah verilməyib,” – deyə Paşinyan vurğulayıb.Paşinyanın açıqlaması və katalikos ailəsinə qarşı bu cinayət işi, ölkədə kilsə ilə dövlət arasında münasibətlərin ən gərgin dövrlərindən birinin yaşandığını göstərir. Ermənistan cəmiyyətində isə bu hadisə dini institutların siyasi proseslərdə roluna dair yeni mübahisələrə səbəb olub.Qeyd edək ki, son günlərdə Katalikosun qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarstum Nersisyan ictimai səs-küylü insidentdən sonra xuliqanlıq və təbliğat kampaniyasına mane olmaq ittihamı ilə saxlanılıblar.Hadisə Armavir vilayətinin Vagharşapat (Eçmiədzin) icmasında baş verib. Ermənistanın tanınmış vəkili Ara Zohrabyanın sözlərinə görə, saxlanılanlar polis bölməsinə aparılaraq sorğu-sual edilib.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.