AZ

Ammonyak sızması səbəbindən sakinlər təxliyə edilir ABŞ də partlayış

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Missisipi ştatındakı “CF Industries” hidrogen və azot materialları istehsalı müəssisəsində partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış müəssisədə ammonyak sızmasına səbəb olub.

Missisipi qubernatoru Teyt Rivz sosial media hesabında ştatın hər yerindən təcili yardım briqadalarının hadisə yerinə gəldiyini yazıb.

Qubernator bildirib ki, hadisə zamanı ölən və yaralanan olmayıb.

“Sızıntıya tez reaksiya verdikləri üçün bütün Missisipi ilk yardım işçilərinə təşəkkür edirəm”, - deyə Teyt Rivz bildirib.

Partlayışdan sonra müəssisənin ətrafında yaşayan sakinlər təxliyə edilib.

Missisipi Ətraf Mühitin Keyfiyyəti Departamenti isə açıqlamasında hava monitorinqi əməliyyatlarının davam edəcəyini bildirib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
525.az

1Mənbələr