AZ

Cənubi Koreyada faciə: İnsanlar dağıntılar altında qaldı

Cənubi Koreyanın Ulsan şəhərindəki istilik elektrik stansiyasında çökmə baş verib.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, "Korea East-West Power Co." elektrik stansiyasında qazan qülləsinin çökməsi nəticəsində 7 nəfər dağıntılar altında qalıb.

Məlumata görə, 2 nəfər xilas edilib, digərlərinin axtarışı davam edir.

Qüllənin hündürlüyünün 60 metr olduğu və söküntü işləri zamanı çökdüyü qeyd olunub.

Seçilən
38
publika.az

1Mənbələr