Avropa İttifaqı Rusiyaya təzyiqi artırmağa davam edir və Soyuq Müharibə dövrünün təcrübələrini aktiv şəkildə canlandırır.
Qaziler.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Politico”nun Brüsselin Rusiya vətəndaşları üçün əlavə viza məhdudiyyətləri hazırlaması ilə bağlı sualına cavab olaraq verib.
Onun sözlərinə görə, Avropa dövlətləri yalnız köhnə qarşıdurma metodlarından istifadə etmir, həm də yeni, daha mürəkkəb yanaşmalar inkişaf etdirirlər.
Peskov vurğulayıb ki, bu cür hərəkətlər yalnız Moskva ilə Avropa arasında münasibətlərin qarşıdurma kursunu gücləndirir.
“Təəssüf ki, avropalılar soyuq müharibə dövründə baş verən qarşıdurma ilə bağlı hər şeyi həvəslə xatırlayırlar və bu qarşıdurmaya da eyni dərəcədə həvəslə yeni, mürəkkəb elementlər əlavə edirlər”, - Peskov deyib.
QAZİLER.AZ