AZ

Salyanda “KamAZ” və “Mercedes” toqquşub, xəsarət alan var

Salyan, 6 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyanda iriçənli avtomaşın və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı avtomaşın və “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan şəxs Vidadi Mənəfov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
53
9
azertag.az

10Mənbələr