AZ

Tranzit yüklərinin Azərbaycandan keçid müddətinin azaldılması məqsədilə görülən işlər açıqlanıb

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisindən keçənŞimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrəyükdaşımaların daha səmərəli təşkili, əməliyyatların daha sürətlihəyata keçirilməsi və darboğazların aradan qaldırılmasıistiqamətində davamlı olaraq işlər görür. Bu məqsədlə tərəfdaşlarlagörüşlər keçirilir, müzakirələr aparılır, razılaşmalar əldə edilir,eyni zamanda, infrastrukturun yenidən qurulması istiqamətində işaparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ADY-dənbildirilib.

Qeyd edilib ki, hazırda Şimal-Cənub dəhlizinin Azərbaycanərazisindən keçən hissəsinin mühüm seqmentlərindən olanSumqayıt–Yalama dəmir yolu xəttinin layihələndirilməsi və tikintisiişləri davam etdirilir.

“Sumqayıt-Yalama dəmir yolu xəttinin layihələndirilməsi işləritamamlanıb, xəttin birinci və ikinci hissəsi üzrətikinti-quraşdırma işlərinin 96 faizi tamamlanıb. HəmçininŞimal-Cənub dəhlizinin mühüm hissələrindən olan Ələt–Osmanlı–Astaradəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildənbaşlanılıb. Tikinti işlərinin 2028-ci ilə qədər başa çatdırılmasıplanlaşdırılır. Ələt–Osmanlı–Astara dəmir yolu xəttininlayihələndirilməsi işlərinin 55%-i yerinə yetirilib, xəttintikinti-quraşdırma işlərinin isə Ələt–Osmanlı hissəsi üzrə 37%-ibaşa çatıb”.

Bildirilib ki, ümumilikdə infrastrukturun yenilənməsi yükdaşımaəməliyyatlarının daha səmərəli və sürətli həyata keçirilməsinəimkan verəcək.

Bir müddət öncə ADY Azərbaycan ərazisindən keçən beynəlxalqdəhlizlər üzrə tranzit yüklərin daşındığı əsas magistral dəmir yoluolan Bakı–Böyük Kəsik xəttində enerji sistemininlayihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsindəUcar-Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminintətbiqi üzrə işləri başa çatdırıb, bununla da Bakı–Böyük Kəsikmagistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişəncərəyan sisteminə keçid tam təmin olunub.

“Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyənlokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilədaşınan yük həcminin artırılmasına, enerji və digər resurslaraqənaətə, eləcə də qatarların hərəkət sürətinin artırılmasınagətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühümüstünlükdür”.

Vurğulanıb ki, Bakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqiOrta Dəhliz üzrə yükdaşımaların əməliyyatlarının səmərəliliyinin vəyük həcmlərinin artırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycanərazisindən keçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhlizbu modernləşmədən birbaşa faydalanacaq.

Məlumatda qeyd edilib ki, Orta Dəhliz üzrə mühüm razılaşmalardanbiri bu yaxınlarda Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində əldəedilib. Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryoladministrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, TalqatAldıbergenov və Laşa Abaşidze Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutu (Orta Dəhliz) boyunca darboğazların aradan qaldırılmasıhaqqında Yol Xəritəsini imzalayıblar.

"Sənədə əsasən, darboğazların aradan qaldırılması üçüninfrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərininyenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcədə Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanıngücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davametdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritetistiqamətlər kimi müəyyən edilib",- qurumdan əlavə olunub.

Seçilən
46
2
az.trend.az

3Mənbələr