AZ

NATO baş katibi Putini ələ saldı

BAKI, 6 noyabr. TELEQRAF

NATO baş katibi Mark Rutte Rusiyanın nüvə sınaqları barədə jurnalistlərin suallarına istehza ilə cavab verib.

Teleqraf xəbər verir ki, bu, onun Buxarestdə Rumıniya Prezidenti Nikuşor Dan ilə keçirdiyi mətbuat konfransında baş verib.

Jurnalistlər NATO rəhbərindən nüvə sınaqlarının müzakirə olunduğu Rusiya Təhlükəsizlik Şurasının iclası barədə fikir bildirməsi xahiş olunanda o, belə cavab verib:

“Mən çoxdan Vladimir Putinin keçirdiyi iclaslara reaksiya verməyi dayandırmışam. Ona Rusiya prezidenti kimi buna görə maaş verirlər, o da buna uyğun olaraq belə iclaslar keçirir”.

Seçilən
28
teleqraf.com

1Mənbələr