AZ

Taxıl kimi yağın da qiymətinə nəzarət olunmalıdır NAQİF HƏMZƏYEV

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

2026-cı ilin büdcə zərfi ilə bağlı Milli Məclisin komitələrinin hökumət üzvlərinin iştirakı ilə keçirilən birgə  iclasında deputat Naqif Həmzəyev ölkədə yağın bahalaşmasından danışıb.

Gununsesi.info bildirir ki, millət vəkili üzünü hökumət üzvlərinə tutaraq deyib:

“Bugün kərə yağı və digər gündəlik istifadə olunan məhsulların qiyməti sürətlə bahalaşır, keyfiyyəti isə aşağı düşür. Bu prosesə nəzarət çox vacibdir.  Hökumət taxılın qiymətini nəzarətdə saxladığı kimi yağın da qiymətinə nəzarət etməlidir.

Mən mediada oxuyuram ki, Azərbaycandan Rusiyaya yağ ixrac olunub. Hesab edirəm ki, birinci öz daxili tələbatımızı ödəməliyik. Sonra bu haqqda düşünmək olar”.

Firuzə Mahmudova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
icma.az

1Mənbələr