AZ

Britaniyada ekstremizmlə mübarizə proqramına yönləndirilənlərin sayı rekord həddə çatıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

London, 6 noyabr, AZƏRTAC

Böyük Britaniyada ekstremizmlə mübarizə məqsədilə həyata keçirilən hökumət proqramına yönləndirilən insanların sayı son bir il ərzində rekord səviyyəyə yüksəlib.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, 2024-cü ilin mart ayınadək olan dövrdə ümumilikdə 8 min 778 nəfər bu proqram çərçivəsində müvafiq qurumlara yönləndirilib. Bu, 2015-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Ötən illə müqayisədə bu göstərici 26 faiz artıb.

Ən çox müraciət hallarının təhsil sektorundan olduğu qeyd edilir. Ümumilikdə 3 min 129 nəfər bu sahədən yönləndirilib. Ən kəskin artım isə yerli idarəetmə orqanlarından daxil olan müraciətlərdə müşahidə edilib. Ötən il 582 olan bu göstərici 895-ə yüksələrək 54 faiz artıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azertag.az

2Mənbələr