AZ

“Qarabağ” Kadini uzun müddətlik itirdi

“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges matçdan dərhal sonra müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Bu isə braziliyalı futbolçunun ən azı “Napoli” və “Ayaks”a qarşı çıxış etməyəcəyi deməkdir.//Teleqraf.az

Seçilən
11
8
millitv.net

10Mənbələr