AZ

Kadi Borges 8-10 həftə meydanlardan uzaq qalacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda zədələnən “Qarabağ”ın futbolçusu Kadi Borges təxminən 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Yarımmüdafiəçi oyundan dərhal sonra tibbi müayinəyə götürülüb.

Müayinənin nəticələri futbolçunun sol fibulasında sınıq olduğunu göstərib.

Həkimlərin ilkin qiymətləndirməsinə görə, Kadi Borgesin müalicə və bərpa müddəti təxminən 8-10 həftə davam edəcək.

Qeyd edək ki, “Qarabağ” və “Çelsi” arasındakı oyun 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz

Seçilən
10
9
idman.biz

4Mənbələr