ABŞ-nin Kentukki ştatının Luisvil şəhərində baş verən yük təyyarəsi qəzasında ölənlərin sayı 9-a çatıb.
Gundem.az xəbər verir ki, təyyarənin göyərtəsində 3 ekipaj üzvü olub.
Daha əvvəl qəza nəticəsində 11 nəfərin yaralandığı bildirilmişdi.
Rəsmi orqanlar ətraf ərazidə yaşayan sakinləri təhlükəsizlik məqsədilə sığınacaqlara getməyə çağırıblar.
Xatırladaq ki, təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə uçmaq üçün havaya qalxmışdı.