"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Kadi Borges 8-10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, Kadi Borgesin ayağında sümük qırılması aşkarlanıb.
Qeyd edək ki, Kadi Borges dünən keçirilən "Qarabağ" - "Çelsi" (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.