AZ

Paşinyan Türkiyə və Azərbaycana yenə mesaj göndərdi: Hazırıq

Rusiya hazırda Azərbaycan üzərindən Ermənistana mal ixrac etmək üçün müraciətlərə baxır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 6-da jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Qazaxıstan buğdası hələ Ermənistana gəlməyib, lakin artıq malların Azərbaycan üzərindən ölkəyə daxil olması üçün axının istiqaməti dəyişdirilir.

"Qazaxıstan buğdası Ermənistana çatmazdan əvvəl ölkəmizə yeni qatarlar gələ bilər. Vəziyyət daim dəyişir, yeni müraciətlər də verilir", - o qeyd edib.

Paşinyan malların əks istiqamətdə, yəni Ermənistandan Gürcüstan və Azərbaycan üzərindən Rusiya və ya digər ölkələrə necə gedəcəyini dəqiqləşdirməyi vacib sayıb.

Seçilən
14
2
publika.az

3Mənbələr