AZ

Polşa Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 7 milyon avro xərcləyəcək

Bakı, 6 noyabr, AZƏRTAC

Polşa Rusiya ilə sərhəd təhlükəsizliyi sistemini modernləşdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Sərhəd Mühafizəsinə istinadla məlumat yayıb.

“Layihə, şəbəkə və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni təhlükəsizlik həllərinin tətbiqi və şəxsi heyət üçün mobil həllərin hazırlanması yolu ilə Avropa İttifaqının Rusiya Federasiyası ilə xarici sərhədində sərhəd mühafizəsinin müşahidə imkanlarını artırmağı hədəfləyir. Bu layihəyə radiorabitə, peyk, telekommunikasiya və mobil avadanlıqların satın alınması, həmçinin təhlükəsizlik sistemi inzibatçıları üçün təlimlər daxildir”, - deyə açıqlamada bildirilir.

Ümumi investisiya həcmi təxminən 7 milyon avro təşkil edəcək və Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək.

Məlumatda deyilir: “Layihə sərhəd nəzarət sistemlərinin səmərəliliyini və təhlükəsizliyini gücləndirəcək, İT infrastrukturunun dayanıqlığını artıracaq, sahə bölmələrində idarəetmə və rabitənin davamlılığını təmin edəcək, təhlükəsizlik sistemlərinin saxlanılması və inkişaf etdirilməsindən məsul personalın ixtisaslarını yüksəldəcək, mobil həllərin tətbiqi ilə sərhəd xidmətinin işini optimallaşdıracaq. Bu fəaliyyətlər eyni vaxtda həyata keçirilən "Belarusla sərhədin monitorinq imkanlarını artırmaq üçün Sərhəd Mühafizəsinin İT sistemlərinin modernləşdirilməsi və genişləndirilməsi" layihəsinə uyğun gəlir.

Seçilən
20
azertag.az

1Mənbələr