"Çelsi" ilə görüşdə zədələnən Kadinin durumu məlum olub.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bu səhər tibbi müayinədən keçib.

Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Bu, o deməkdir ki, təcrübəli oyunçu növbəti iki Çempionlar Liqası qarşılaşmasında "Qarabağ"a kömək edə bilməyəcək.