AZ

Xarici ekspert: Azərbaycanın yanaşması enerji keçidi üçün həyati əhəmiyyət daşıyır

Bakı, 6 noyabr, Günel Türksoy, AZƏRTAC

Azərbaycan COP29-da mürəkkəb danışıqları asanlaşdırmaqla konsensusun əldə edilməsinə nail oldu və səmərəli liderlik nümayiş etdirdi. COP29-a ev sahibliyi etmək həm diplomatik uğur, həm də ölkənin öz enerji sektorunun transformasiyasına sadiqliyinin göstəricisidir.

Bunu AZƏRTAC-a müsahibəsində Mayami Universitetinin hüquq məktəbinin müəllimi, beynəlxalq iqlim hüququ üzrə tanınmış ekspert Lorena Zenteno Villa deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji layihələrinin reallaşdırılmasına maraq göstərir: “Azərbaycan Qaradağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Parkı kimi genişmiqyaslı layihələrə start verib. Bu da ölkənin təmiz texnologiyalara olan sadiqliyinin göstəricisidir. Yaşıl enerji dəhlizlərinin inkişafı isə Azərbaycanı ənənəvi və bərpaolunan enerji arasında körpüyə çevirir. Bu yanaşma həm iddialı, həm də enerji keçidi üçün həyati əhəmiyyət daşıyır”.

Müsahibə ilə buradan tanış ola bilərsiniz.

Seçilən
103
azertag.az

1Mənbələr