
“Ermənistan bu gündən etibarən Marqara-Kornidzor marşrutu ilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yüklərin tranzitini təmin etməyə hazırdır”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu gün taxılın ilk partiyası Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Ermənistana daxil olub.
Paşinyan bunu mühüm və tarixi hadisə kimi qiymətləndirib və əlavə edib ki, indi Qazaxıstandan yenidən Azərbaycan üzərindən yeni buğda partiyası gözlənilir.
"Bu, həm də Vaşinqtonda əldə olunmuş razılaşmaların və Vaşinqton Bəyannaməsinin bəndlərinin həyata keçirilməsi baxımından mühüm mərhələdir. Mən bir daha Ermənistanın yüklərin Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana Marqara-Kornidzor marşrutu ilə daşınmasını təmin etməyə hazır olduğunu təsdiqləyirəm. Yarım saatdan sonra yük maşını keçid məntəqəsinə yaxınlaşsa, ya Marqazor tərəfdən xidmətə hazır olacağıq", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az