AZ

Səhiyyə naziri: Səhiyyədə kadr çatışmazlığı ilə əlaqədar yeni layihə hazırlanıb

BAKI, 6 noyabr. TELEQRAF

"Səhiyyədə kadr çatışmazlığı ilə əlaqədar yeni layihə hazırlanıb".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, təkliflər Tibb Univeristetinə və Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) yönəlib:

“Bu təhsil müəssisələrində ailə həkimlərinin hazırlığı ilə bağlı təkliflər hazırlanıb. Bu məsələnin akademik tərəfidir. Sonradan onların sosial təminatı, rayonlara getməsi məsələsi də cəlbedici olmalıdır. Bununla bağlı da addımlar həyata keçiriləcək”.

Seçilən
62
3
teleqraf.com

4Mənbələr