AZ

Bəkir Orucovla bağlı qərar verildi


“Tərtər işi” ilə bağlı təqsirli bilinən general-mayor Bəkir Orucov və digər şəxslər barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən Bəkir Orucovun ittiham edildiyi Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda ) maddəsi ittihamdan xaric edilib. Generalın cəzası 3 il , digər şəxslərin cəzası isə 4 ay endirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.
Seçilən
2
47
yeniavaz.com

10Mənbələr