AZ

Rusiya Silahlı Qüvvələri Ukraynanın infrastruktur və enerji sektoruna zərbələr endirib - Zelenski

Rusiya Silahlı Qüvvələri Ukraynanın infrastruktur və enerji sektorlarına zərbələr endirib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında yazıb.

"Ruslar şəhərlərimizə pilotsuz təyyarələrlə hücum etdilər, ümumilikdə 135 hücum dronu burada qeydə alınıb. Onların hədəfi bizim kritik infrastrukturumuzdur", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Kamenskoyedə dəmir yolu infrastrukturu zədələnib, həmçinin Sumı, Xarkov və Çerniqov vilayətlərində də hücumlar həyata keçirilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
65
missiya.az

1Mənbələr